Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasında barışıq əldə olunması xəbəri doğru deyil.
Bunu Yenicag.az-a açıqlamasında Xalq artisti özü bildirib:
“Nərimanov rayon məhkəməsinin qərarı var. Təqsirləndirilən şəxs Afət Fərmanqızı tələb olunan şəkildə üzr istəyib, təkzib verməlidir. Onun hələ boynunda öhdəliyi var. Barışıqdan söz gedə bilməz. Təkrar edirəm, Afətlə barışmaq onun dediklərini qəbul etmək deməkdir”.
Cəvahir