Flora Kərimova məhkəmədə Ülviyyə Alovluya qalib gəldi

Yasamal Rayon Məhkəməsində Xalq artisti Flora Kərimova və telejurnalist Ülviyyə Alovlunun məhkəməsi baş tutub.

Yenicag.az Teleqraf.com-a istinadən Flora Kərimovanın vəkili Elcan Həsənli məlumat verib:

“Məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdik. İddia qəbul edilib. Məhkəmənin qərarına əsasən, Ülviyyə Alovlu məqalə yaydığı saytlarda və sosial şəbəkələrdə təkzib verməli, təhqir və yalanlara görə Flora Kərimovadan üzr istəməlidir. Məhkəmənin müvafiq qərarına əsasən, Ülviyyə Alovlu 1500 manat məbləğində cərimə olunub”.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova Ülviyyə Muradovaya qarşı xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmişdi. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanmışdı.

 

COP29