!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Flora Kərimova: "Necə qayınana olduğumu görəcəksiniz" - FOTO/VİDEO

!Reklam – Yazi

Xalq artisti Flora Kərimovanın baş rola çəkildiyi “Qaynana” filmi ilə bağlı mətbuat konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə xalq artisti Flora Kərimova və yaradıcı heyət iştirak edib. Film müasir qayınananın macəralarından bəhs edir.

Filmdə müasir qayınananı tərənnüm edən Canan (Flora Kərimova) oğlunu imkanlı və elit ailənin qızı ilə evləndirmək istəsə də, oğlu evlərində çalışan qulluqçunun qızına aşiq olur.

Flora Kərimova film barədə təəssüratlarını bölüşüb: “Sağ olsun Hüseyn məni filmə dəvət etdi, məndən bir xatirə qalacaq. Necə qayınana olduğumu görəcəksiniz”.

Aktyor Elməddin Cəfərov Flora Kərimova ilə eyni filmə çəkildiyinə görə fəxr etdiyini deyib.

Yaradıcı heyət 40 ildən sonra “Qaynana” filminə yenidən müraciət etdiyinə görə Hüseyn Cavadzadəyə minnətdarlığını ifadə edib.

Layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadədir. Filmdə “Papito” mahnısının ifaçısı rumıniyalı müğənni Seeya da çəkilib.

Cəvahir

www.yenicag.az

2797
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv