Tanınmış jurnalist Ülviyyə Alovlunun ardınca müğənni Afət Fərmanqızı da Xalq artisti Flora Kərimovanı məhkəməyə verib.
Bu barədə Afət özü açıqlamasında bildirib. O, məhkəmənin ilk iclasının avqustun 2-də keçiriləcəyini deyib.
Məsələ ilə bağlı Flora Kərimovanın köməkçisi Yenicag.az-a açıqlama verib.
O bildirib ki, bu barədə məlumatlıdırlar:
“Bəli, bununla bağlı məlumatımız var. Amma onu da bilirik ki ayın 2-si Afət Fərmanqızı şəxsən özü məhkəməyə gəlməyəcək. Çünki polis tərəfindən axtarışdadır və Azərbaycanda deyil. Yəqin ki, nümayəndəsi iştirak edəcək. Məhkəmədə görüşərik”.
Cəvahir