Flora Kərimovadan qızı ilə bağlı GECİKMİŞ ETİRAF: “Bunu özünə demədim”

“Anam məni dünyaya gətirmək istəməyib, qırğınla doğulmuşam”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova deyib.

İllərin sənətkarı “Evdəkilərə salam” verilişində vaxtilə anasının onu dünyaya gətirmək istəmədiyini, “dava-qırğınla” doğulduğunu və elə buna görə də həyatının “qırğınlar” içində keçdiyini bildirib:

“Ailədə dörd övlad olmuşuq, üçü dünyasını dəyişib, yalnız mən qalmışam. Anam məni dünyaya gətirmək istəməyib, qırğınla doğulmuşam. Buna görə də həyatım qırğınlar içində keçdi. Nəyin ədavətini apardılar, bilmirəm. Amma anladım ki, səsim mənə düşmən qazandırdı”.

O, aparıcı Aytəkinin “Siz də qızınızı dünyaya gətirmək istəməmisiniz, bu, doğrudur mu” sualına Xalq artisti “doğrudur, istəmirdim” cavabını verib. Lakin bunu qızına bildirmədiyini deyib.

Nehru

COP29