Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqı arasında məhkəmə çəkişməsi yekunlaşıb. Azərbaycan Respublikası Ali məhkəməsi Fərmanqızı ilə bağlı qərar çıxarıb.
Xalq artisti Flora Kərimova bu barədə Yenicag.az-a bildirib. Nərimanov rayon məhkəməsi qərar çıxarıb ki, Afət Fərmanqızı təkzib verməli, tələb olunan formada üzr istəməli və 10 min manat cərimə olunmalıdır: “Afət Fərmanqızı vəsatət qaldıraraq, Apelyasiya Məhkəməsinə verdi, məhkəmə onun vəsatətini qəbul etmədi. Afət Fərman qızı Yenidən Ali Məhkəməyə vəsatət verdi, təkrar də onun vəsatəti qəbul olunmadı və Nərimanov Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən yenidən icraata göndərildi.
Binəqədi rayon Məhkəməsində cinayət işi üzrə də qərar çıxıb. Afət Fərmanqızı iki il cəzadan yayınmaq üçün Rusiyaya gedib, orada gizləndi. 2 il sonra yenidən Azərbaycana qayıtdı. Onun cinayəti təsdiqlənib. Sadəcə olaraq, cəza çəkmə müddəti bitdiyinə görə cəzadan azad olunub”.
Qeyd edək ki, bir gün öncə Afət Fərmanzı Flora Kərimovanı məhkəmədə udduğunu elan etmişdi”.
Cəvahir