!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Flora Nacinin yeni kitabı nəşr olundu: "Tərcüməçi dəftəri" - FOTO

!Reklam – Yazi

Şairə, tərcüməçi, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru Flora Nacinin “Tərcüməçi dəftəri” kitabı nəşr olunub.

Yenicag.az xəbər verir ki, kitabda Flora Naci tərəfindən rus dilinə tərcümə edilmiş 30 azərbaycanlı şairin 100 şeiri cəmlənib.

“Tərcüməçi dəftəri”nə yalnız müasir Azərbaycan poeziyasının tanınmış imzaları deyil, həmçinin bu yolda yeni-yeni addımlamağa başlayan gənc qələm sahiblərinin şeirləri də rus dilinə tərcümə olunaraq daxil edilib.

Saytımıza açıqlama verən professor Flora Naci qeyd edib ki, bu “dəftər”də bir-birindən fərqli müəlliflərin çox bəyəndiyi, ruhunu oxşayan şeirləri tərcüməyə cəlb olunub. Tərcüməçi bildirib ki, o, Azərbaycan ədəbiyyatında özünə yer etmiş şəxslərin şeirlərini rusdilli oxuculara təqdim etmək üçün bundan sonra da çalışmalarına davam edəcək:

“Mənim maraq dairəm bu “dəftər”ə daxil edilmiş 30 şair və 100 şeirlə məhdudlaşmır. Düşünürəm ki, oxucuların mühakiməsinə buraxdığım ilk “dəftər”im axırıncı yox, axarıncı olacaq. Çünki mənim müasir Azərbaycan poeziyasının rus dilinə tərcümə olunmasına marağım onu bacardığım qədər rusdilli oxuculara təqdim etmək həvəsimdən irəli gəlir”.

Qeyd edək ki, kitabda “Yeni Çağ” Media Qrupunun əməkdaşı Aqil Bəkirin də iki şeirinə yer verilib.

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv