!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Flora Xəlilzadənin 65 illik yubileyi qeyd olundu - FOTOLAR

!Reklam – Yazi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində əməkdar jurnalist Flora Xəlilzadənin 65 illik yubileyinə həsr olunmuş mərasim keçirilir.

Yenicag.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kaspi qazetinin təsisçisi Sona Vəliyeva, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri Məlahət İbrahimqızı, Hikmət Babaoğlu, ATEV sədri Tənzilə Rüstəmxanlı, QHT rəhbərləri və digər media nümayəndələri iştirak edib.

Tədbiri çıxış sözü ilə açan Əflatun Amaşov əməkdar jurnalistin Azərbaycan mediasında sahib olduğu önəmli rolu vurğulayaraq onun yaradıcılığına qısa nəzər salıb.

Tədbirdə Mətbuat Şurası adından Əflatun Amaşov, Kaspi qazetinin təsisçisi Sona Vəliyeva, Azərbaycan Türk Qadınlar Birliyi rəhbəri Tənzilə Rüstəmxanlı və digər qurumlar tərəfindən yubiley plaketləri və hədiyyələr təqdim olunub.

Mədəniyyət Nazirliyinin nümayəndəsi nazir Əbülfəs Qarayevin əməkdar jurnalistin yubileyi ilə bağlı təbrik məktubunu səsləndirib.

Qeyd edək ki, Flora Xəlilzadə 1977-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. “Azərbaycan təbiəti” jurnalında, “Azərbaycan müəllimi”, “Azərbaycan” qazetlərində işləyib. Bir müddət “Azərbaycan qadını” jurnalının redaktoru olub. Hazırda İctimai televiziyada çalışır. Sözügedən televiziyada “Yadigarlar” verilişinin layihə rəhbəri və aparıcısıdır.

Həşim Səhrablı

www.yenicag.az

4680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv