Floyd aksiyasının rəngi dəyişir – ABŞ-dan İngiltərəyə sıçradı – VİDEO

ABŞ-da qaradərili Corc Floydun ağ bir polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlar fərqli forma almağa başladı.

17-ci əsrdə İngiltərənin önəmli qul tacirlərindən biri olan və Royal Afrika Şirkəti ilə təxminən 85 min afrikalını satan Edvard Colstonum heykəli “Black lives matter” etirazlarında dağıdıldı və çaya atıldı. Hadisədən sonra “Google Maps” belə xəritədə Colston heykəlini çayın içərisindəki kimi göstərir.

Yenicag.az həmin görüntüləri təqdim edir: