“Flydubai”-ın uçuş qrafiki dəyişdi

Hər gün Bakıdan Dubaya və əks istiqamətdə iki reys reallaşdıran “Flydubai” aviaşirkəti (BƏƏ) uçuş cədvəlinə dəyişikliklər edib. Bu marşrutla Bakıdan uçuş “Boing-737-800” təyyərəsi ilə saat saat 10:55 və 15:40-da yerinə yetirilir.

“Flydubai Azerbaijan”dan verilən xəbərə görə, şirkət tərəfindən Bakıdan Dubaya yerinə yetirilən aviareyslər martın 11-dək yalnız səhər saatlarında, IV, V və VI günlər isə – iki dəfə həyata keçiriləcək. Lakin martın 16-25-də 10:55 və 15:40 aviareysləri hər gün yerinə yetiriləcək.

Qeyd edək ki, bu istiqamət üzrə martın 21-ə qədər birtərəfli biletin qiyməti 155 ABŞ dolları, ikitərəfli biletin qiyməti isə 180 dollardan başlayır.

Yenicag.Az