!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Forbes” ən çox qazanan müğənnilərin reytinqini açıqladı

!Reklam – Yazi

Amerikanın “Forbes” jurnalı ilin ən çox qazanan müğənnilərinin reytinqini açıqlayıb.

Yenicag.az xəbər verir ki, siyahıya amerikalı müğənni Beyons başçılıq edir. 36 yaşlı ulduz il ərzində 105 milyon dollar qazana bilib. O, bu qazancı “Lemonade” adlı son albomunun satışından və konsert turundan əldə edib. Beyonsun həmçinin öz geyim biznesi də var.

Ötən il növbəti dünya turunu başa vuran 29 yaşlı britaniyalı müğənni Adel isə 69 milyon dollar qazanaraq reytinqdə ikinci olub.

2016-ci ildə siyahıya liderlik edən Teylor Svift 44 milyon dollarlıq qazanc ilə bu dəfə üçüncü pilləyə düşüb.

İlk onluqda yer alan müğənnilərin tam siyahısını təqdim edirik:

1. Beyons – 105 milyon dollar
2. Adel – 69 milyon dollar
3. Teylor Svift – 44 milyon dollar
4. Selin Dion – 42 milyon dollar
5. Cennifer Lopes – 38 milyon dollar
6. Dolli Parton – 37 milyon dollar
7. Rihanna – 36 milyon dollar
8. Britni Spirs – 34 milyon dollar
9. Keti Perri – 33 milyon dollar
10. Barbra Streyzand – 30 milyon dollar

www.yenicag.az

5152
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv