“Forbes”in siyahısına düşən milyaerderin oğlu qəza törətdi

Nüfuzlu “Forbes” jurnalının milyarderlər siyahısına salınmış iş adamının oğlu törətdiyi qəza ilə diqqət mərkəzinə düşüb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, rusiyalı milyarder Vladimir Leşikovun oğlu Artyom Moskvada avtomobil qəzası törədib.

Məlumata görə, iş adamının oğlunun idarə etdiyi “Mercedes” 2 “Kia” avtomobili ilə toqquşub.

Polis 2 nəfərin xəsarət aldığı qəzanın səbəblərini araşdırır.