“Formula 1”: Avstriya Qran Prisinin müqaviləsinin müddəti uzadıldı

“Formula 1” rəhbərliyi Avstriya Qran Prisi ilə müqavilənin müddətini uzadıb.

Yenicag.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Turnirin 2027-ci ilədək təqvimdə qalacağı açıqlanıb.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində keçiriləcək.