!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Formula-1 Bakıda yox, Naxçıvanda, ya da Gəncədə keçirilsin” – Qüdrət Həsənquliyev

!Reklam – Yazi

“3 milyondan çox əhalisi olan Bakıda yolların darlığı Formula-1 vaxtı insanlara problem yaradır”.

Yenicag.az xəbər verir ki, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Formula-1 üzrə Azxərbaycan Qran-Prisinin bölgələrdə təşkil olunmasını təklif edib.

Onun sözlərinə görə, Bakının mövcud vəziyyəti belə yarışların təşkili üçün əlverişli deyil:
“Mən qanuna ediləcək dəyişikliklərlə yanaşı, Formula-1 yarışları haqda da danışmaq istərdim. Açıq deyək ki, 3 milyondan çox əhalisi olan Bakıda yolların darlığı Formula-1 vaxtı insanlara problem yaradır.

Təklif edərdim ki, Azərbaycan Qran-Prisi üzrə yarışlar Bakıda yox, Naxçıvanda keçirilsin. Bu, həm turist axını, həm də Naxçıvanın tanıdılması üçün vacibdir.

Yaxşı, deyilə bilər ki, Naxçıvan çox uzaqdır. O halda, Formula-1 yarışları Gəncədə təşkil olunsun. Yarış Azərbaycan Qrin-Prisi adlanır, hökm deyil ki, mütləq Bakıda keçirilməlidir”.

A.Zeynalov

www.yenicag.az

1117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv