“Formula 1”: Bakıdakı ilk sprint yarışının qalibi məlum oldu – YENİLƏNDİ

“Red Bull Racing” komandasının pilotu Serxio Peres Bakı şəhər halqasında keçirilən “Formula 1” Azərbaycan Qran-Prisinin sprint yürüşünün qalibi olub.

Yenicag.az xəbər verir ki, “Ferrari”nin pilotu Şarl Lekler yarışı ikinci, S.Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü pillədə başa vurublar.

***

Bakı şəhər halqasında “Formula 1” Azərbaycan Qran-Prisinin sprint yürüşü başlayıb.

Yenicag.az xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

Yürüş iştirakçıları 30 dəqiqə ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışacaqlar. İlk səkkiz pillədə qərarlaşan pilotlar xal qazanacaqlar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.