!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Formula 1 əfsanəsi Bakıda – Fotolar

!Reklam – Yazi

12822193_1236615759701380_425alonso981569_nBu gün Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso paytaxtımıza gəlib. AzVision.az-ın məlumatına görə, bu barədə ispan pilot “İnstagram” səhifəsində şəkil yerləşdirməklə bildirib.

F.Alonso şəklə yazdığı şərhdə Bakıya salamlar göndərib.

2 günlük səfər zamanı o, tikintisi davam edən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə aparılan hazırlıq işlərinin gedişatını yerində izləyəcək. Səfər zamanı ispaniyalı pilot ardıcıl olaraq ensiz yoxuşlardan, İçəri Şəhər divarları ətrafındakı kəskin döngələrdən və avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttindən keçəcək və şəhər trekində bu yay baş tutacaq yarışlarda “McLaren” komandasını gözləyən çoxsaylı çətinliklərlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək.

Bununla yanaşı, F.Alonso, Bakıya səfəri çərçivəsində yerli və beynəlxalq media nümayəndələri və azarkeşlər ilə, o cümlədən Formula 1 yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran Prisinin könüllüləri və marşalları ilə də görüşəcək.

Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadari isə bildirib ki, F.Aloso “Hilton” mehmanxanasında mətbuat konfransı keçirəcək, ardından isə avtoqraf sessiyası edəcək. Saat 16:00-da isə o, Hökumət evi ilə üzbəüz, bulvarda yığışan fanatlarla görüşəcək.

Qeyd edək ki, 34 yaşlı F.Alonso Formula 1 üzrə Dünya Çempionatının ikiqat qalibidir və hal-hazırda “McLaren” komandasının heyətində yarışır.

 

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv