Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start verilib.
Yenicag.az xəbər verir ki, sözügedən yarışın biletləri qeyri-qanuni olaraq satılır.
Sosial şəbəkələrdə və elan saytlarında biletlərin əlbəəl satılması ilə bağlı yüzlərlə elana rast gəlmək mümkündür. Maraqlıdır ki, biletlər öz qiymətinə yox, dəyər-dəyməzinə satılır.
Qeyd edək ki, satışa çıxarılan biletlərin qiyməti 50 manatdan 500 manata qədərdir.
Maraq üçün onu da qeyd edək ki, “Formula – 1” üzrə Azərbaycan Qran-prisinə Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov rəhbərlik edir. Görünür, Rəhimovun bu sahədə təcrübəsiz olması, belə xoşagəlməz mənzərənin yaranması ilə nəticələnib.
Emin Səfərov
Yenicag.az