“Formula 1” pilotu Bakıda qəzaya düşdü, maşınının təkəri qopdu

“Formula 1” üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

Yenicag.az xəbər verir ki, ikinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Racing Point” komandasının sürücüsü Lens Strollun idarə etdiyi bolid beton səddə çırpılıb. Zərbənin gücündən maşının sol təkəri sıradan çıxıb. Bolid trasdan evakuasiya olunub.

Qeyd edək ki, ilk sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin idarə etdiyi bolid drenaj lyukunun qapağına toxunaraq qəzaya uğrayıb. Bu səbəbdən birinci yürüş ləğv olunub/Report

COP29