Rəhimovun kadrları “Formula 1″ə kölgə salır – VİDEO

Dünyaca məşhur “Formula 1” yarışlarının Bakı halqasının ilk günü yekunlaşıb.

Azərbaycanın artıq üçüncü dəfə ev sahibliyi etdiyi yarışı izləmək üçün çoxsaylı nüfuzlu şəxslər ölkəmizdədirlər. Belə mötəbər tədbirlərin keçirilməsinə dövlətin diqqət və qayğısı da açıq görünməkdədir.

Təəssüf ki, dövlətin önəm verdiyi tədbirə təkcə kökü xaricdə olan müxalifət deyil,  “Formula 1” nin təşkilatçılarının seçdiyi bəzi şəxslər də kölgə salmaqdadırlar.

Qohumbazlıq, “bizim uşaqlar” faktorları təəssüf ki, dövlətin önəm verdiyi tədbirdə nöqsanlar yaradır.

Sosial şəbəkələrdə yayılan bir video isə bu faktı təsdiqləyir. Belə ki, videoda təşkilatçılardan bir neçəsinin “Formula 1” meydançasında test yürüşü etdiklərini görürük. Bu zaman onlar Beynəlxalq Avtomobil Federasiyasının (BAF) yürüş direktoru Çarli Uaytinqi məsxərəyə qoyduqları açıq şəkildə görünür

Bu da sosial şəbəkələrdə insanların narazılığına səbəb olub.  Təşkilatçıların bu tip videosunun yayılması heç də xoş qarşılanmayıb. Onların bu cür məsuliyyətsiz davranışları “Formula 1”in ciddiliyini şübhə altına alır. Nəzərə alsaq ki, bu gənclər həm də ölkəmizə gələn xarici qonaqlarla birbaşa ünsiyyətdədirlər, o zaman Arif Rəhimovun ölkəmizə gələn qonaqları kimlərə əmanət etdiyinə bir daha baxması lazımdır.

Qeyd edək ki,  “Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir. Qısacası, belə bir mötəbər yarışın “Viytinq” deyə, bu yarışın əsas qonaqlarından birini ələ salacaq, şəxslərə əmanət edilməməsi lazımdır.

Yenicag.az Sözügedən videonu sizə təqdim edir: