!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Formula 1 üçün vacib qərarlar qəbul edildi

!Reklam – Yazi

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının Cenevrədə baş tutan iclasında bəzi vacib qərarlar qəbul olunub. Formula 1-in cari texniki reqlamentinə bəzi düzəlişlər edilib ki, yanlış yozumlara yer qalmasın.

Yeniçağ.az xəbər verir ki, idman reqlamentində güclü yağış zamanı Təhlükəsizlik Maşını trası tərk etdikdən sonra start düzlüyündən verilən start proseduru təfərrüatı ilə izah olunub. Testlərin keçirilməsi qaydaları dəqiqləşdirilib və yarışın qırmızı bayarqlarla dayandırılması zamanı görülməsi icazə verilən işlərin siyahısı dərc olunub. Ümumdünya Şurası mühərriyin vahid idarəetmə bloklarının (ECU) təchizatı üçün McLaren Applied Technologies şirkəti ilə cari müqaviləni 2021-ci ilin sonunadək uzadıb. Bundan başqa, artıq bu il GP2 seriyası adını dəyişərək Formula2 olacaq – seriyanın yarışları əvvəlki kimi Formula1 mərhələləri çərçivəsində keçiriləcək (Xeres mərhələsi istisnadır).

Xatırladırıq ki, bu ilin yayında ölkəmizdə keçiriləcək Azərbaycan Qran Prisinin dəstək yarışı da yalnız Formula2 seriyasının yarışı olacaq…

Yeniçağ.az

www.yenicag.az

873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv