“Formula-1”də 2026-cı ildə Madrid Qran-prisi olacaq

“Formula-1” rəhbərliyi 2026-cı ildən İspaniyada iki yarış keçirəcək.

Madrid Qran-prisi həmin tarixdə təqvimə daxil ediləcək.

Mərhələ Valdebebas ərazisindəki şəhər trekində gerçəkləşəcək. Qərarın bu həftə elan olunacağı gözlənilir.

“Formula-1”də Barselonada keçirilən Qran-pri ilə müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Bu da ölkəyə eyni anda iki yarışa ev sahibliyi etmək imkanı verir. Barselona mərhələsinin İspaniya Qran-prisi adını saxlayacağı da vurğulanıb.
Qeyd edək ki, başa çatan mövsümdə “Red Bull” pilotu Maks Ferstappen çempion olub.

Mənbə: “OK Diario”