Bakıda keçirilən “Formula 1” üzrə Avropa Qran-Prisinin birinci test yürüşündə qəza baş verib.
Qəza trekin 15-ci döngəsində yaşanıb.
“Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını doğru yerinə yetirməyib və nəticədə bolidin arxa və ön sağ təkərləri sıradan çıxıb.
Xoşbəxtlikdən xəsarət almayan pilot mübarizəni dayandırıb.