“Formula 1″ə görə bağlanan bulvar açılır

bulvar aciliqBu gündən etibarən Bakı bulvarı şəhər sakinlərinin istifadəsinə veriləcək.

Bunu AzVision.az-a Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi Elmir Bağırov deyib.

Onun sözlərinə görə, “Formula 1″ə görə bağlanan Bakı bulvarı bu gün saat 12:00-da açılacaq.

Xatırladaq ki, “Formula 1” yarışları ilə əlaqədar 16 iyun saat 16:00-dan “Azneft” meydanından Dəniz Vağzalına qədər olan bulvar ərazisinə girişə məhdudiyyət tətbiq olunmuşdu.