“2018 Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.
Onun sözlərinə görə, birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir.