!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Formula-1"in Azərbaycan qran prisi ləğv olunur - Bakıda keçirilməyəcək

!Reklam – Yazi

“Formula-1” üzrə Azərbaycan qran prisi ləğv oluna bilər.

Yenicag.az xəbər verir ki, Azərbaycanın Bakı şəhər halqası üzrə keçirilən bu yarışdan imtina etməyə hazırlaşdığı barədə xəbərlər yayılıb. İddialara görə, gələn il bu yarış artıq ölkəmizdə keçirilməyəcək.

Düzdür, ötən il də bu kimi xəbərlər yayılmış, lakin Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məsələyə münasibət bildirərkən bəyan etmişdi ki, “Formula-1” rəhbərliyi tərəfindən tərtib edilən müqavilədə nəzərdə tutulub ki, biz bu yarışı 5 il keçirməliyik. Əgər müqavilənin müddəti başa çatmadan bu yarışı keçirməkdən imtina etsək, 100 milyon dollaradək cərimələnə bilərik. Bu üzdən ölkəmiz artıq ikinci dəfə sözügedən avtoşouya ev sahibliyi etdi. Rəhimovun sözlərinə inansaq, Azərbaycan hələ daha 3 il bu yarışın Bakıda təşkil olunmasına şərait yaratmalıdır.

Lakin nazirin öz oğlu, “Baku City Circuit” şirkətininin (hansı ki, “Formula-1” yarışının təşkili məhz bu şirkətə həvalə olunub) rəhbəri Arif Rəhimov bir müddət öncə mətbuata maraqlı faktlar açıqladı. O, başqa ölkələrə nisbətən Azərbaycanın bu yarışı keçirmək üçün 2 dəfə daha çox pul verdiyini bildirdi.

Artan narazılıqlar fonunda bu fikirlərin ortaya atılması da göstərir ki, artıq “yuxarılar” da “Formula-1”-in ölkəmizdə keçirilməsindən məmnun deyillər. Əks halda nazirin oğlu atasından fərqli belə etiraflarla gündəmə gəlməzdi.

Nəzərə almaq lazımdı ki, bu yarışın ölkəmizdə təşkili hər il sosial mediada da ciddi qınaq obyektinə çevrilir. Çünki şəhərin mərkəzi bir həftə ərzində demək olar ki, iflic vəziyyətinə düşür. Məhz bu üzdən yarışın Bakı şəhər halqasında yox, Azərbaycanın başqa bir bölgəsində keçirilməsi kimi təkliflər də səsləndirilir. Ən çox müzakirə olunan variantlardan biri isə Azərbaycanın müəyyən məbləğdə cəriməni ödəməklə bu yarışdan “canını qurtarmasıdır”. Necə deyərlər, ziyanın yarısından qayıtmaqda da bir xeyir var.

Çünki faktiki olaraq satılan biletlərin böyük əksəriyyəti azərbaycanlılar tərəfindən “alınır”. Halbuki, bu, əcnəbilər üçün nəzərdə tutulmuş yarışdı. Guya “Formula-1”-in böyük həvəskarı olan müxtəlif xarici ölkə vətəndaşları Azərbaycana axışmalı, ölkəmiz turist axınına məruz qalmalı idi. Əslində isə bunun heç də belə olmadığını görürük. Məcburi şəkildə verilən biletlər isə elan portallarında dəyər-dəyməzinə satışa çıxarılır. Azərbaycana axın edən turistlərin əksrəiyyətinin bu oyunun keçirilməsindən belə xəbəri yoxdur. Ölkəmizin turist kontingentinin böyük əksəriyyəti Azərbaycan prezidenti İlham Əliyevin viza sadələşdirilməsi ilə bağlı müvafiq sərəncamının nəticəsində bura üz tuturlar.

Belə olan halda “Formula-1″in bu qədər narazılığa rəğmən ölkəmizdə təşkili kimə və nəyə lazımdı? Ümid edək ki, son yayılan xəbərlər həqiqətə çevrilər və növbəti mövsümdən Azərbaycan paytaxtı son iki ildəki kimi azı bir həftəlik iflic vəziyyətə düşməz.

Qeyd edək ki, “Formula-1” Azərbaycanda keçirildiyi tarixdən etibarən şəhərin mərkəzi yollarına daş arakəsmələr düzülüb. Həmin arakəsmələr əvvəlki illərdə yığışdırılmırdı. Lakin Bakıda keçirilən sonuncu qran pri başa çatdıqdan sonra daşdan olan araskəsmələrlə yanaşı, avtoyarışa aid olan konstruksiyalar da götürülüb. Bu isə “Formula-1”-in bir daha Bakıda keçirilməyəcəyi ehtimalını artırır.

Xatırladaq ki, ilk baxışdan xərclənilən milyonların Azərbaycanın reklamı üçün hesablandığı başa düşülürdü. Ancaq zamanla gördük ki, bu, heç də belə deyilmiş. Yarış zamanı o qədər nöqsanlar üzə çıxdı ki, bu da rəhbər şəxslərin biganəliyinin nəticəsidir. Azərbaycan bayrağının səhv asılması azmış kimi, asfalt örtüyünə həkk olunmasının da ciddi narazılıq doğurduğunu xatırlatmalıyıq. Bundan başqa Arif Rəhimovun sözügedən yarış üçün seçdiyi gənclər də “Formula-1″ə bir idman yarışı kimi yox, öz əyləncələri kimi baxdılar. Bakı sakinlərinin gediş-gəlişinin çətinləşdiyi bir vaxtda Rəhimovun adamlarının yarış zolağında sağa-sola şütüməsi də qeyri-ciddiliyin əlamətidir.

 

www.yenicag.az

2889
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv