“Formula-1”in Azərbaycan qran prisində “Red Bull” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun ötmə əməliyyatı 2017-ci ilin ən yaxşısı hesab edilib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat seriyanın rəsmi “Twitter” səhifəsinə yerləşdirilib.
Rikkardo Bakıda yolun qısa hissəsində birdən-birə üç rəqibini – Lens Stroll, Niko Hülkenberq və Felipe Massanı ötməyi bacarıb və sonda yarışın qalibi olub.