“Formula-1”in ikinci test yürüşü keçirilir

скачанные файлы (2)Bakıda “Formula-1” yarışları çərçivəsində ikinci test yürüşü başlayıb.

İlk sınaq yürüşündə olduğu kimi bu dəfə də müddət 1.5 saat nəzərdə tutulub. Pilotlar hökumət evinin qarşısından Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində dövrə vuracaqlar.

Yürüşün keçiriləcəyi Bakı Şəhər Halqasının uzunluğu 6006 metrdir. Yarışa 11 komandadan 22 sürücü qatılacaq. Onların arasında 5 dünya çempionu – Sebastian Fettel, Lyuis Hemilton, Fernando Alonso, Kimi Raykkönen və Censon Batton da var. Alonso həm də Avropa Qran Prisinin səfiridir.

Qeyd edək ki, ilk test yürüşü saat 13:00-da keçirilib və “Mercedes” komandasının üzvü Luis Hemilton qalib gəlib. Nəticələrə əsasən ilk beşlik bu cür formalaşıb.

1. Luis Hemilton – “Mercedes AMG Petronas F1 Team”

2. N. Roseberg – “Mercedes AMG Petronas F1 Team”

3. V.Bottas – “Üilliams Martini Racing”

4. F.Alonso – “McLaren Honda”

5. S.Vettel – “Scuderia Ferrari”