“Formula 1″in yolları dəyişdirilir? – RƏSMİ AÇIQLAMA (Özəl)

Bildiyimiz kimi Bakı yenidən “Formula 1” yarışlarına ev sahibliyi edəcək. Artıq indidən müəyyən hazırlıq işlərinə də başlanılıb. Bu barədə Yeniçağ.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib. Onun sözlərinə görə, təmir işlərində elə də böyük yenilik gözlənilmir:

“Artıq pilotların çıxdığı bokslar və pit-leyn quraşdırılmasına start verilib. Hökumət Evinin arxasında bununla bağlı işlər gedir. Ancaq asfalt yolda heç bir yenilik olmayacaq. Çünki ehtiyac yoxdur. Yollar yaxşı vəziyyətdədir. Sadəcə, bir istiqamət – Niyazi küçəsində yer qəmbərli olduğu üçün ora asfalt döşənəcək. Digər konstruksiyaların quraşdırılmasına isə may ayında başlanılacaq. Yollar da ötənilki yerlərdir, dəyişiklik yoxdur”.

Aygün İlqarqızı
Yeniçağ.az
FOTOLAR: Cəmalə Əlizadə