“Formula 2”: Bakıda sprint yarışı start götürdü

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışı start götürüb.

Yenicag.az xəbər verir ki, yarışda 11 komanda mübarizə aparır.

Ötən gün təşkil olunmuş birinci sərbəst yürüşdə “Van Amersfoort” komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə “Trident”də çıxış edən niderlandlı sürücü Riçard Versçor birinci olub.

Bu gün, həmçinin saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

COP29