“Formula”da azərbaycanlı pilot – VİDEO

f1azpilotAzərbaycanı dəfələrlə kartinq yarışlarında uğurla təmsil etmiş Gülhüseyn Abdullayev cümə günü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Formula Gulf 1000 yarışında mübarizə aparacaq.

O, artıq dünəndən sərbəst yürüşlərə qoşulub. Sərbəst yürüşlər zamanı trası daha yaxşı öyrənməyə çalışan həmyerlimiz ilk iki sessiyada 5-ci olub. Sonuncu sessiyada isə Gülhüseyn qənaətbəxş nəticə göstərib və protokollarda 3-cü sətrə yiyələnib.

Qeyd edək ki, hər üç sessiyada ən yaxşı nəticəyə danimarkalı Kato Poulsen imza atıb.

Gülhüseyn bu mövsüm EuroFormula Open seriyasında Campos Racing komandasının heyətində iştirak edəcək (f-1.az).