Azərbaycanın qeyri-neft sektorunun seçilən şirkətlərindən olan “Fortis Group” bu gün 6 yaşını qeyd edir.
Bu müddət ərzində istər inşaat sektorunda, istərsə də kənd təsərrüfatı sahəsində önəmli yatırımlar etmiş, yeni iş yerləri açmış bu şirkət hər zaman daha yaxşısını etmək əzmindədir.
İnşaat sektorunda “Giper”, “Fiber”, “Azbentonit Sement”, “Ekstra Prof” kimi nüfuzlu markalara sahib olan “Fortis Group” bu sektorun önəmli ixracatçılarındandır.
Şirkət kənd təsərrüfatı sahəsində yaratdığı “Fortis Agro” markası ilə də qeyri-neft sektorunun inkişafına töhfə verməkdədir.
Bütün bunlardan başqa şirkətin daha bir fəaliyyət istiqaməti də vardır – “Fortis Academy“. Şəhid, qazi övladlarının və sosial həssas qrupdan olan ailələrin övladlarının ödənişsiz abituriyent hazırlığını təmin edən bu təhsil ocağı ardıcıl 3-cü ildir ki, 100% qəbul nəticələri verib. Şirkətin təsisçisi Cəmil Rüstəmxanlı bu fəaliyyət istiqamətinə xüsusi önəm verir və onun maddi-texniki bazasının davamlı yaxşılaşdırılması üçün zəruri addımları atır.