Fövqəladə hallar nazirinə yeni müavin təyin edildi

Prezident İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinə müavin təyin edilib.

Yenicag.az xəbər verir ki, Nazim Xeyrulla oğlu Məmmədov fövqəladə hallar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Nazim Məmmədov 2007-ci ilin dekabrından Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışırdı.