Fövqəladə vəziyyət elan olundu – Rusiyada

Rusiyanın Yakutiya respublikasında fövqəladə vəziyyət elan olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov məlumat verib. Onun sözlərinə görə, qərar daşqınlarla əlaqədar qəbul olunub.

Qeyd olunur ki, daşqınlar nəticəsində Yakutiyada 11 yaşayış məntəqəsi ziyan çəkib, daha 6-7 qəsəbə su altında qalmaq təhlükəsi ilə üz-üzədir.

Bildirilib ki, bölgəyə xilasetmə işləri ilə əlaqədar əlavə qüvvələr cəlb olunur. Artıq əraziyə cəlb olunan helikopterlərlə 500-ə yaxın sakinin başqa yerlərə evakuasiya edildiyi bildirilir.

COP29