!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fövqəladə vəziyyət rejimi daha 3 ay artırıldı - Türkiyədə

!Reklam – Yazi

Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə baş nazirin müavini Bəkir Bozdağ açıqlamasında bildirib.

Bundan əvvəl prezident Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə keçirilmiş Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması tövsiyə edilib. Daha sonra hökumətin iclası keçirilib.

Sabah isə parlamentdə müvafiq qərarla bağlı səsvermənin keçiriləcəyi gözlənilir. Qərarın təsdiqi üçün 276 səs lazımdır.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunmağa başlayıb.

www.yenicag.az

1394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv