!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fox News: İŞİD “paytaxtını” Rəqqadan Deyr əz-Zora köçürür

!Reklam – Yazi

İŞİD terror təşkilatı “paytaxtını” Rəqqadan cənub-qərb istiqamətə köçürmək qərarı verib.

Yeniçağ.Az xəbər verir ki, bu barədə “Fox News” telekanalı Pentaqondakı mənbələrinə istinadən məlumat yayıb.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava və artilleriya zərbələri üzündən İŞİD-in yeni paytaxtı Deyr-əz-Zor şəhəri ola bilər.

Telekanalın məlumatına əsasən, ABŞ ordusu PUA-lar vasitəsilə son iki ay ərzində yüzlərlə İŞİD silahlılarla birgə dinc sakinlərinin Rəqqa şəhərini necə tərk etmələrinin şahidi olublar.

Qeyd edilib ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bu yaxınlarda Rəqqaya daha irimiqyaslı hücum təşkil etməyi planlaşdırır. Şəhər uğrunda döyüşün qaçılmaz olduğu deyilir, lakin İŞİD “rəhbərlərinin” artıq orada olmadığı vurğulanır.

Yeniçağ.Az

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv