Fransa Almaniyaya rəqib oldu

14675766391138863039_1000x669Futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinin sonuncu qarşılaşmasında ev sahibi Fransa yığması İslandiya millisi ilə qarşılaşıb.

Sen-Denidəki “Stad de Frans” stadionunda keçirilən oyunu hollandiyalı referi Byörn Kuipers idarə edib.

Qarşılaşma Fransa yığmasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Jiru, 13 (1:0), Pol Poqba, 20 (2:0), Paye, 43 (3:0), Qrizmann, 45 (4:0), Siqthorson, 56 (4:1), Jiru, 59 (5:1), Byarnason, 84 (5:2)

Beləliklə, Fransa yarımfinalda Almaniya yığması ilə qarşılaşacaq.