Fransa bəyan etdi: “Qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq”

Fransanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib, ölkə qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Zaxari Qross deyib.

Səfir bildirib ki, Senatın qərarı icbari hesab olunmur:

“Yalnız tərəflər arasında dialoq münaqişəni həll edə bilər. Fransa hökumətinin mövqeyi dəyişmədiyinə görə bu məsələnin Fransa-Azərbaycan münasibətlərinə təsir etməsinə səbəb görmürəm. Bu məntiqsiz olardı”.

COP29