Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

Fransa Afrindəki hadisələrdən sonra Suriyadakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili yığıncağının çağırılmasını istəyib.

Yenicag.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

Onun sözlərinə görə, şənbə günü səhər o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb.

Diplomat qeyd edib ki, Fransa atəşin dayandırılmasını və Suriyaya maneəsiz humanitar yardımın çatdırılmasına şərait yaradılmasını təkid edir.

COP29