Fransa millisinin dünya çempionu adını qazanması ölkədə iki azarkeşin ölümü ilə nəticələnib.
Yenicag.az xəbər verir ki, Xorvatiya yığması üzərində 4:2 hesablı qələbədən sonra Ansi şəhərində 50 yaşlı kişi sevincindən özünü kanala atıb və boğularaq ölüb.
Bundan başqa Sen-Felidə daha bir nəfər avtomobillə qəza törədib. O, sevincindən idarətməni itirib və maşını ağaca çırpıb. Nəticədə sürücü hadisə yerində keçinib.