!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa Əliyev və Sarkisyanın görüşünü təşkil etmək istəyir

!Reklam – Yazi

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində həmişə aktiv iştirak edir”

Yenicag.Az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, həmsədrlər mütəmadi olaraq hər iki ölkənin prezidentləri və XİN rəhbərləri ilə əlaqə saxlayır.

Diplomat vurğulayıb ki, təxminən 10 gündən sonra həmsədrlər regiona səfər edəcəklər.

Səfir, həmçinin deyib ki, Minsk qrupunun missiyası həll yolunu tapmağa imkan verəcək şərtlərin yaradılmasıdır, lakin qərarı tərəflərin özləri verməlidir: “Qərar qəbul etmək hüququ münaqişə tərəflərinə məxsusdur”.

Şarpantyenin sözlərinə görə, mart ayında baş tutan Sarkisyan və Olland görüşü zamanı Dağlıq Qarabağ məsələsinə də toxunulub və Fransa prezidenti bir daha görüş təşkil etmək və tərəfləri qəbul etməyə hazır olduğunu bəyan edib.

Jurnalistlərin yaxın bir–iki il ərzində Qarabağ münaqişəsinin həll edilib-edilməyəcəyinə dair sualını cavablandıran səfir qeyd edib ki, bilinən üç prinsipə əsaslanan və tərəfləri qane edəcək hərtərəfli həll yolunun tapılması üçün hər şey edilməlidir.

“Həm insani, həm də siyasi mövqedən həmişə atəşkəs rejiminin pozulması şəratində yaşamaq olmaz. Status-kvo davam edə bilməz”. (AzVision.az)

Yenicag.Az

www.yenicag.az

963
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv