Fransa hakimiyyəti Parisin əsas küçə və meydanlarında aksiya keçirmək qadağan edib

Parisin Baş Polis İdarəsi keçən həftə baş vermiş zorakılıq aktlarını nəzərə alaraq, şəhərin Yelisey çölləri, Konkord meydanı, Milli Assambleya və Parisin daha bir neçə ərazisində etiraz aksiyası keçirməyi qadağan edən qərar verib.

Yenicag.az xəbər verir ki, Paris Baş Polis İdarəsinin rəisi Didier Lallement martın 22-də şənbə günləri səhər saat 6-dan etibarən Parisin böyük bir hissəsində “Sarı jiletlilər”in etiraz aksiyasının keçirilməsini qadağan edən rəsmi qərar imzalayıb.

Qərarın qəbul edilməsinə səbəb ictimai asayişin pozulmasının qarşısını almaqdır. Qərara əsasən, Parisin həmin hissələrinə müxtəlif silah növləri ilə yanaşı bir sıra əşyaların, habelə üzün bir hissəsini örtərək tanına bilməmək üçün istifadə olunan geyimlərin keçirilməsi qadağan olunub. Bildirilir ki, qərara riayət etməyən şəxslər cərimələnəcək və şəxsiyyətlərini təsdiq edə bilmədikləri halda isə hüquqi yoxlama mərkəzlərinə aparılacaqlar.

Xatırladaq ki, etirazçıların ötən şənbə keçirdikləri 18-ci aksiya zamanı 27 ticarət obyekti talan edilib, 71-i dağıdılıb, 9 köşk yandırılıb və 4 binanın girişi bərbad hala salınıb. Nəticədə 296 nümayişçi dindirilib ki, onlardan da 254-ü nəzarətə götürülüb./Report/

 

COP29