Fransa hərbçiləri Malidə 30-a yaxın terrorçunu zərərsizləşdirdi

Fransalı hərbçilər Malidə “Barhan” əməliyyatı zamanı 30-a yaxın terrorçunu zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, zərərsizləşdirilənlər arasında “Ke-Masinanın azad edilməsi cəbhəsi” adlandırılan ekstremist qruplaşmanın rəhbəri Amadu Kuffa da ola bilərdi.

Qeyd edək ki, Fransa 2013-cü ildən Maliyə terrorçuluğa qarşı əməliyyatlar üçün 4 minə yaxın hərbçi göndərib.

COP29