DÇ-2018-in seçmə mərhələsinin UEFA zonasında növbəti oyunlar keçirilib.
Yenicag.az xəbər verir ki, A, B və H qrupları çərçivəsində 7-ci turun qarşılaşmaları baş tutub.
İlk günün mərkəzi qarşılaşmasında A qrupunda Fransa ilə Hollandiya üz-üzə gəlib. Sonuncular mundial şansını çətinə salmamaq üçün qalib gəlməli, ən azı 1 xal əldə etməliydilər. Lakin fransızlar 4 cavabsız qolla qalib gələrək hollandların bütün şanslarının üstündən xətt çəkiblər.
B qrupunda isə İsveçrə, Macarıstan və Portuqaliya xal ehtiyatlarını artırmaq üçün yaxşı şansa malik idi ki, onların hər biri doğma meydanda qələbə qazanmaqla ehtimalları doğruldublar.
DÇ-2018-in seçmə mərhələsi
31 avqust
A qrupu
Bolqarıstan – İsveç 3:2
Qol: Manolev, 12. Kostadinov, 33. Çoçev, 79 – Lustiq, 29. Berq, 44.
Fransa – Hollandiya – 4:0
Qol: Qrizmann, 14. Lemar, 73; 88. Lottin, 90.
Lüksemburq – Belarus – 1:0
Qol: Da Mota, 60.
Macarıstan – Latviya 3:1
B qrupu
Qol: Kadar, 6. Szalai, 26. Solovyov, 68 – Frimanis, 40.
Portuqaliya – Farer adaları 5:1
Qol: Ronaldo, 3; 29-pen; 65. Karvalyo, 58. Oliveyra, 84 – Baldvinsson, 38.
İsveçrə – Andorra 3:0
Qol: Seferoviç, 43; 62. Lixtştayner, 67.
Belçika – Cəbəllütariq 9:0
H qrupu
Qol: Mertens, 16. Munye, 18; 61; 67. Lukaku, 21; 38; 84-pen. Vitsel, 27. Azar, 45.
Kipr – Bosniya və Herseqovina 3:2
Qol: Xristofi, 65. Laban, 67, Sotiriu, 76 – Sunyiç, 33. Visça, 44.
Yunanıstan – Estoniya 0:0