Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin düşmən açıqlamasını qətiyyətlə rədd edir.
Bu barədə Yenicag.az-a Qərbi Azərbaycan İcmasından bildirilib.
Qeyd olunub ki, əslində, Fransa xüsusilə bu gün törədilən mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərksilah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi:
“Bundan başqa, 30 il ərzində Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırmayan, hətta həmin sənədlərə istinad edilməsinə qarşı çıxan Fransanın son vaxtlar tez-tez qurumun təcili iclasını çağırmaq niyyətinə düşməsi siyasi klounluğun göstəricisidir.
Fransa məsələlərə Azərbaycanofobiya, islamofobiya və dini təəssübkeşlik prizmasından baxmaq kimi mənəviyyatsız əməllərindən utanc hissi keçirməli və riyakarlığa son qoymalıdır”,-deyə açıqlamada qeyd olunur.