Fransa Milli Assambleyası buraxıldı

Fransada Avropa Parlamentinə seçkilərdə ifrat sağçı partiya, Milli Birlik qələbə qazandıqdan (31,5 faiz) sonra Prezident Emmanuel Makron ölkədə Milli Asambleyanın buraxıldığını elan edib.

Yenicag.az xəbər verir ki, Fransa Prezidenti siyasi partiyasının Avropa seçkilərində iflasından (15,2 faiz) sonra Milli Assambleyanın buraxıldığını açıqlayıb.

Prezident bildirib ki, Fransa Milli Assambleyasına seçkilərin 1-ci turu iyunun 30-da, 2-ci turu isə iyulun 7-də keçiriləcək./Azertag/

COP29