Fransa Prezidenti Emmanuel Makron İŞİD ilə mübarizədə PKK/YPG terror qruplarına kömək edəcəklərini açıqlayıb.
Yenicag.az xəbər verir ki, Makron bu qərara PKK/YPG-nin digər qanadı olan SDG sözçüsü Cihan Əhməd ilə görüşündən sonra gəlib.
Həmçinin, Fransa Prezidentinin Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyatlardan narahatlığı da bildirilib. Belə ki, Fransanın əvvəl də bəyan etdiyi kimi, Türkiyənin Suriyada həyata keçirdiyi istənilən hərbi əməliyyatlardan narahatlığı dilə gətirilib.