Reklam: High Technic
hightechnic

Fransa prezidenti bu şəkillərə görə tənqid olundu - FOTOLAR

Fransa prezidenti Emanuel Makron tənqidlərə tuş gəlib.

Yenicag.az xəbər verir ki, buna səbəb onun bir il öncə “İrma” qasırğası nəticəsində zərər görən Sen-Marten adasına səfəri olub. Makronun kasıb rayonların sakinləri ilə çəkdirdiyi şəkillər sosial şəbəkələrdə gərgin müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri qurşağa qədər çılpaq olan gənc oğlanlarla çəkilən şəkillərin prezident statusuna yaraşmadığını bildiriblər.

Öz növbəsində Makron bu məsələyə tam sakit reaksiya verib: “Hansı axmaqlıqları etməsindən asılı olmayaraq, respublikanın hər bir oğlunu sevirəm”.

Həmin fotolardan bəzilərini təqdim edirik:

www.yenicag.az

343