Fransa Prezidenti Emmanuel Makrona qarşı sui-qəsd törətməyi planlaşdıran 6 nəfər tutulub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Fransanın Təhlükəsizlik üzrə Baş İdarəsi yayıb. Xüsusi əməliyyatlar İzer, İl-Vilen və Mozel departamentlərində keçirilib.
Sui-qəsdi radikal qüvvələrin tərəfdarlarının planlaşdırdığı ehtimal olunur. Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bugünkü açıqlamasında Avropa Birliyi ordusu yaratmalıyıq sözlərini demişdi. O qeyd etmişdi ki, ABŞ, Rusiya və Çindən qorunmaq üçün Avropanın özünün kiber ordusu olmalıdır: “Əsl ümumavropa ordusu yaratmaq qərarına gəlməsək, avropalıları qoruya bilməyəcəyik. Özünü təkbaşına, ABŞ olmadan da qoruya bilən Avropaya sahib olmalıyıq”.