!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fransa prezidentləri erməni diasporunun maraqlarından çıxış edib” - Politoloq

!Reklam – Yazi

Fransa prezidenti Fransua Olland erməni həmkarını Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi üçün Parisə dəvət edib. Fransada qalmaqallı prezident seçkiləri ərəfəsində Serj Sərkisyanın dəvət edilməsinin arxasında hansı məqsədlər dayanır?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan politoloq Elşən Manafov deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı münasibətdə bir qayda olaraq, qeyri-konstruktiv mövqe sərgiləyiblər:

Elşən Manafov ile ilgili görsel sonucu“Uzün müddətdir hər iki dövlət xristian təəssübkeşliyindən çıxış edirlər. Əslində, münaqişənin illərdir həll olunmamasının səbəbi də məhz həmsədr dövlətlərin dolayı yolla beynəlxalq hüquq normalarına hörmətsizliyi və münaqişənin doğurduğu reallıqlara ikili standartlarla yanaşmaları olub. Fransaya gəlincə, bu ölkədə digər Avropa İttifaqı dövlətlərindən fərqli olaraq, erməni diasporunun siyasi rəhbərliyə və parlamentə maliyyə baxımından təsir imkanları çoxdur. Bu ölkədə bütün prezidentlər seçilənə qədər əslən erməni olan Fransa vətəndaşlarının seçkilərdə aktivliyini və təsir imkanlarını nəzərə alıblar. Güman edirəm ki, Ollandın bu təklifi cari ilin aprel ayında Fransada keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Düzdür, Olland özü bu seçkilərdə iştirak etmir. Amma onun dəstək verdiyi sosialistlərdən bir namizəd var. Bu səbəbdən də maliyyə yardımı almaq üçün Serj Sərkisyanla danışıqlara gedəcək. Yəni Sərkisyan vasitəsilə Fransadakı erməni diasporundan maddi dəstək istəyəcək. Ümumiyyətlə, indiyədək Minsk qrupunda həmsədr dövlət kimi təmsil olunan Fransanın keçmiş və indiki siyasi rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı münasibətlərdə elə bir ciddi fərq olmayıb. Bu və ya digər dərəcədə Fransa prezidentləri erməni diasporunun maraqlarından çıxış ediblər”.

E.Manafov qeyd edib ki, Sərkisyanın Fransaya dəvət edilməsi heç bir halda Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarda Ermənistanın xeyrinə olan bir addım kimi dəyərləndirilməyəcək:

“Çünki bu münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas güc Rusiyadır. Ermənistan Rusiyanın forpostudur, müstəqil siyasət yürütmək gücündə olan bir dövlət deyil. Çünki 1998-ci ildə Ermənistan Parlamentində baş verən olaylar artıq bu ölkənin siyasi rəhbərliyi üçün bir gözdağıdır”.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv