Fransa Rusiya ilə sərhədə qoşun yığır

Fransa Estoniyanın Rusiya ilə sərhədinə 300 əsgər, 4 tank və 25 zirehli texnika göndərəcək.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Fransanın Estoniyadakı səfirliyi yayıb.

Bu barədə qərar NATO-nun alyans ölkələrinin təhlükəsizliyinin təminatıyla bağlı keçirdiyi son görüşdə qəbul edilib.